إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vyetnamda ən böyük məscidin açılış mərasimi keçirildi

Vyetnamın "Angiyang" əyalətinin Çaudak şəhərində bu ölkənin ən böyük məscidinin açılış mərasimi keçirilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, məscid Türkiyəli iş adamı Talib Qəhraman və Türkiyə Humanitar Yardımlar Fondunun (İHH) maddi dəstəyi ilə inşa edilmişdir.

"Qəhrəmanlar Rəhmət" adlanan bu məscid bir il ərzində tikilmişdir.

Vyetnamın ən böyük məscidi olan "Qəhramanlar Rəhmət" məscidində eyni vaxtda 1200 nəfər müsəlman öz dini ayinini yerinə yetirə və namaz qıla biləcəkdir.

Məscidin açılış mərasimində Kamboca və Vyetnam müsəlmanlarından 1500 nəfər iştirak edib.

Açılış mərasimində çıxış edən İHH sədri Həsən Aynaçı bildirib: "Türkiyə Humanitar Yardımlar Fondu Vyetnamda məscidlər, mədrəsələr və İslami Mərkəzlər təsis etmək və timək layihəsini davam etdirəcəkdir".

Qeyd edək ki, Türkiyə Humanitar Yardımlar Fondu (İHH) 1995-ci ildə təsis edilmişdir. İndiyədək dünyanın 11 ölkəsində 32 yetimlər və kimsəsizlər evi təsis etmişdir.

Bu fond cari ilin ilk üç ayında Suriyaya Türk xalqı tərəfindən toplanmış 1518 maşın yükü humanitar yardım göndərmişdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 May, 2017  14:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!