|
• DünyadaAvstriyada Quran paylanmasının qadağan olunmasına etiraz edilirAvstriyada Quran paylanması və niqabı qadağan edən yeni qanunun qəbul olunması müxtəlif qruplar o cümlədən müsəlmanların etirazına səbəb olub. Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə görə,bu barədə “Daily Sabah” məlumat yayıb. Xəbərə əsasən Avstriya İslam Cəmiyyətinin sədri İbrahim Olğun bildirib ki, bu kimi qanunun qəbulu Avstriya üçün heç bir xeyir gətirməyəcək. “Belə qadağalar qəbul olunmazdır. Bu addım din və əqidə azadlığı ilə ziddiyyət təşkil edir.” Həmçinin Avstriya parlamentinin İnsan hüquqları araşdırılması komissiyasının sədri Mustafa Yenaroğlu hökumətin bu qanunu qəbul etməsini məntiqə zidd adlandırıb. “ Problemlərin həqiqi həlli üçün təhsil və iş sahəsindəki ayrıseçkilik aradan qaldırılmalıdır. İrqçilik yayan və insanları aldadan partiyalar cəmiyyəti öz sisyasi məqsədlərinə çatmaq üçün zəhərləyir və sosial problemləri gizlədirlər.” Avstriyada təqribən əhalinin 7 faizini müsəlmanlar təkil edir . Bu ölkədə son aylarda miqrantlara qarşı kampaniyalar düzənlənir və bəzi sağçı ifratçı partiyalar islamofobiyanı geniş yayır. Avstriya parlamentinin qəbul etdiyi yeni qanun 2017-ci ilin oktyabr ayında qüvvəyə minəcək. Qanuna görə, Quran satışı və niqab qadağan olunur. Qanunun tələblərini pozan şəxslər cərimələnəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2017 11:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |