إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Düşmənlər bizim rəqqas, müğənni, mütrüb və bivec olmağımızı istəyirlər

Hizbullah təşkilatının sədri Hüccətül-İslam vəl-muslimin Seyyid Həsən Nəsrullah Ərbəin münasibətilə çıxış edib.

Əfqanıstanda, Pakistanda və Nigeriyada məzhəb qarşıdurması yaratmaq məqsədilə edilən qətliamların alimlər tərəfindən pislənilməsinə çağıran Seyyid Həsən Nəsrullah İraqda İmam Hüseyn(ə) zəvvarlarının partladılaraq qətlə yetirilmələrini pisləyib və hamının bu qətliamları pisləməyə çağırıb.

O deyib ki, İraqda qətlə yetirilənlərin bir günahları olub, o da piyada Kərbəlaya İmam Hüseyni(ə) ziyarətə getməkləridir.

Seyyid Həsən Nəsrullah bu partlayışları törədənlərə xitabən deyib: "Bu partlayışlar və qətliamlarla bu hərəkatın qarşısını ala bilməyəcəksiniz. Bu partlayışlar Fələstinin, Livanın, İraqın və İranı qarşısını ala bilməyəcək. İranlı alimləri qətlə yetirməklə İranın elmi-texniki tərəqqisinin də qarşısını da ala bilməyəcəksiniz".

Düşmənlər alimləri öldürməklə istəyirlər ki, gecələrini və gündüzlərini məhv edib, bihudə həyat sürən rəqqas, müğənni, mütrüb və biveclərdən olaq deyən təşkilat sədri deyib ki, buna görə biz gərək hər bir sahədə alim olaq. Elə bir ümmət olaq ki, elmi varid etməyək. Əksinə, elm bizdən xaric olsun.

Bəəlbək məntəqəsində Ərbəin məclisinə toplaşanlara videobağlantı ilə söhbət edən müqavimət lideri, xalqdan Ərbəin mərasimində iştirakına görə təşəkkür edərək düşmənlərin İmam Səccadı(ə) ölümlə hədələmələrinə toxunaraq deyib ki, İmam Səccad(ə) onu ölümlə hədələyənlərə xitabən dedi ki, məni ölümlə hədələyirsiniz? Şəhadət bizim üçün kəramətdir. Biz də buradan bizi təhdid edən ABŞ-a, İsrailə və onların məntəqədəki muzdurlarına xitabən deyirik: "Biz Hüseyn(ə) və Zeynul-Abidinin(ə) balalarıyıq. Biz Rəsuləllahın(s) balalarıyıq. Biz Bədrin, Hüneynin və Kərbəlanın balalarıyıq. Və şəhadət bizim üçün bir kəramətdir".

Xanım Zeynəbin(s.ə) Yezidin məclisində onu məhkum edən xütbəsinə işarə edən Seyyid Həsən Nəsrullah deyib ki, Zeynəb(s.ə) orada Yezidə nə məkr əlindən gəlir et amma and olsun Allaha bizim adımızı və özümüzü aradan apara bilməyəcəksən buyurdu. Biz Zeynəbin(s.ə) vəziyyətində və halında olmasaq da amma düşmənlərimizə deyirik ki, hər nə bacarırsınızsa edin və hiylələrinizi işə salın. Allaha and olsun ki, bizim adımızı və özümüzü məhv edə bilməyəcəksiniz.

Seyyid Həsən Nəsrullah çıxışında həmçinin müqavimət hərəkatının silahı heç bir zaman yerə qoymayacağını və müqavimətin Livanın yeganə təhlükəsizlik təminatçısı olduğunu bir daha diqqətə çatdırmışdır.

Seyyid Həsən Nəsrullah çıxışında bundan başqa bölgədə baş verən hadisələrə, o cümlədən, Fələstində, Suriyada, Bəhreyndə və b. müsəlman ölkələrində baş verən hadisələrə toxunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2012  05:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!