|
• DünyadaR.T. Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolu yaxın bir neçə ayda fəaliyyətə başlayacaqBakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq. Ahlibeyt.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Anadolu agentliyi məlumatında qeyd olunur ki,bu barədə Türkiyə prezidenti R.T.Ərdoğan açıqlama verib. u sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib. O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir. Çin Xalq Respublikasının Sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb. Qeyd edək ki, beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2017 16:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |