إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanında azan və iqamənin oxunuşuna dəyişiklik edilir

Səudiyyə Ərəbistanı Məsləhət Şurası yeni təklif irəli sürüb

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı Məsləhət Şurası krallıq məscidlərində azan və iqamənin oxunuş qaydasına dəyişiklik edib. Artıq Səudiyyə Ərəbistanı ərazisindəki məscidlərdə azanla iqamə arasındakı fasilə 5 dəqiqədən çox olmayacaq. Belə ki, yeni qayda qəbul edilməmişdən öncə azan və iqamə arasındakı fasilə təqribən 20-30 dəqiqə təşkil edirdi.

Adətən bu zaman kəsiyi ərzində dindarlar özlərini səliqəyə salır, dəstəmaz alır və məscidə çatırdılar. Lakin bu qədər uzun fasilə daxillərində ibadət məkanları olan ticarət mərkəzi və ofis binalarında narahatlıq törədirdi.

Azan və iqamə arasındakı fasilənin 5 dəqiqəyədək azaldılması haqda təklifi Məsləhət Şurasının üzvü Əta əl-Subayti irəli sürüb və o ümumi 150 səsdən 84-ün “hə”-sini alıb. İndi isə yekun qərarı nazirlər kabineti qəbul edəcək.

“Mən dini mətnlərdə azanla iqamə arasında nə qədər vaxt kəsiyinin olması haqda məlumata rast gəlmədim. İslam dinində əsas prinsipin ümumi rifah olmasını nəzərə alsaq, mən əminəm ki, zaman kəsiyinin qısaldılması bir çox insanların xeyrinə olacaq.”, - deyə məlum dəyişikliklərin təşəbbüskarı bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2017  19:04 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!