|
Əli Həsənov: BMT yaranan zaman bəyan edilmişdi ki, biz bəşəriyyəti müharibələrdən qoruyacağıq”BMT yaranan zaman bəyan edilmişdi ki, biz bəşəriyyəti müharibələrdən qoruyacağıq. Bu zaman dövlətlər, xalqlar arasında müharibələr nəzərdə tutulurdu. Ancaq bugünkü münaqişələr, müharibələr əvvəllər olan münaqişələrdən, müharibələrdən fərqlidir”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda paneldə BMT baş katibi müavininin vəzifəsini icra edən, qurumun İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir deyib. O bildirib ki, BMT yaranan zaman müharibələrdə qeyri-dövlət aktorları olmayıb: “Terrorçular terror hadisəsi törədir və bununla da özünə siyasi divident qazanır. Terrorizm problemini bir gecədə həll etmək mümkün deyil. Biz problemləri inklüziv dialoq yolu ilə həll edə bilərik. Siyasi həll yolları əsas həll yolları olmalıdır. Məsələn, Cənubi Afrikada tərəflər arasında danışıqlar oldu, sonra Nelson Mandela prezident seçildi. Münaqişələrin həlli üçün müxtəlif vasitələrdən, o cümlədən mədəniyyətlərarası dialoqdan istifadə etmək olar”. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, 3-cü dünya müharibəsinin olmamasına görə BMT-yə təşəkkür etmək lazımdır: “Hər bir dialoq sonda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanmalıdır. Nizamnamənin qarantı BMT Təhlükəsilik Şurasıdır. Təhlükəsizlik Şurasının ünvanına iradlarla razılaşmamaq mümkün deyil. Suriyada niyə münaqişəyə son qoyulmur? Ortaq həll yolu tapmaq üçün istinad beynəlxalq hüquqdur. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2017 13:16 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |