|
• DünyadaAstanada Suriyada təhlükəsizlik zonalarının yaradılmasına dair memorandum imzalanıbQazaxıstanın paytaxtı Astanada Suriyada dörd deeskalasiya (təhlükəsizlik) zonasının (münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq olunduğu və aviasiya uçuşlarının dayandırıldığı rayonlar-red) yaradılması barədə memorandum imzalanıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Sənəd Suriyada münaqişə tərəflərinin və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri tərəfindən imzalanıb. Suriya müxalifəti və hökumətinin nümayəndələri sənədi imzaladıqdan sonra, saziş atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri tərəfindən də imzalanıb. Məlumata görə, razılaşma təhlükəsizlik zonalarının İdlib əyalətində, Homs şəhərindən şimalda, Şərqi Quta və Suriyanın cənubunda yaradılmasını nəzərdə tutub. Sazişə əsasən, qeyd olunan zonalarda hava məkanı Suriya Hərbi-Hava Qüvvələri üçün qapalı, Rusiya Hərbi-Kosmik Qüvvələri üçün isə açıq olacaq. Həmçinin Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyr bildirib ki, Ər Riyad Suriyada təhlükəsizlik zonalarının yaradılması planını dəstəkləyir.Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astanada qəbul olunan planın növbəti detallarının açıqlanacağını gözləyir. “RİA Novosti”nin xəbərinə görə, müxalifət nümayəndələrinin səs-küy salması səbəbindən memorandumun imzalanması mərasiminə bir neçə dəfə ara verilib. Müxalifətçilərdən bəziləri danışıqlar zalını tərk etsə də, nümayəndə heyətinin böyük hissəsi imzalanma mərasimində sonadək iştirak edib. Agentliyin məlumatına görə, memorandum birbaşa hərbi qarşıdurmaların qarşısının alınması üçün deeskalasiya zonaları boyunca təhlükəsiz rayonların yaradılmasını nəzərdə tutur. Zəmanətçi ölkələrin işçi qrupu isə mayın 22-dək Suriyada gərginlik və deeskalasiya rayonlarının xəritələrini hazırlayıb başa çatdırmalıdır. Qeyd edək ki, Astanada 3-4 may tarixlərində Suriyaya dair danışıqlar keçirilib. Danışıqlarda Suriya müxalifəti və hökumətinin nümayəndə heyətləri, habelə atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2017 10:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |