إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

YUNESKO-da İsrailin işğalçı qüvvə kimi tanındığı qətnamə layihəsi qəbul edilib

YUNESKO İcraiyyə Şurasının 201-ci Baş Assambleyası Parisdə keçirilən toplantısında İsrailin işğalçı qüvvə kimi tanındığı "İşğal edilmiş Fələstin" adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, "İşğal edilmiş Fələstin" layihəsi Sudan, Qətər, Oman, Mərakeş, Livan, Misir və Əlcəzair tərəfindən hazırlanıb.

Qüdsün müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhər olduğunun qeyd edildiyi layihədə, İsrail tərəfindən müqəddəs Qüds şəhərinin quruluşunu və statusunu dəyişdirməyə yönəlik atılan hər cür addımın hüquqi və ya inzibati şəkildə etibarsız sayılması və ləğv edilməsi tələb olunub.

Layihədə həmçinin YUNESKO və Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına zidd olaraq davam etdirdiyi üçün İsraildən tələb edilib ki, Qüdsdə heç bir səbəb olmadan insanların üstünün axtarılması, tunel qazılması, qədim şəhər başda olmaqla Şərqi Qüdsdə tikinti layihələri dərhal dayandırılsın.

Qəzza blokadasının, məktəblərin və təhsil mərkəzlərinin inşasında problemlər yaradılmasının, bölgəyə giriş və çıxışlara qoyulan qadağaların qəbuledilməz olduğunu qeyd edilən layihədə, YUNESKO-nun Baş katibinə məsələ ilə bağlı toplantı keçirməsi və YUNESKO-nun Qəzzadakı nümayəndəliyinin yenidən açılması çağırışı səsləndirilib.

Layihəyə dair keçirilən səsvermədə 22 ölkə lehinə, 10 ölkə isə əleyhinə səs verib. 22 ölkə bitərəf qalıb, 3 ölkə isə səsverməyə qatılmayıb.

Layihəyə lehinə səs verən ölkələr bunlardır: Rusiya, Çin, Braziliya, isveç, Cənubi Afrika, İran, Malayziya, Mavriki, Nigeriya, Seneqal, Banqladeş, Pakistan, Vyetnam, Nikaraqua, Çad və 7 Ərəb respublikası.

On ölkə qətnamənin əleyhinə səs verib. Qətnamənin üzərində Ərəb dövlətləri ilə sövdələşmə səy göstərilən Almaniya, o cümlədən Amerika Birləşmiş Ştatları, İtaliya, Böyük Britaniya, Hollandiya, Litva, Yunanıstan, Paraqvay, Ukrayna və Toqo da qətnamənin əleyhinə çıxıb.

İyirmi üç ölkə bitərəf qalıb: Fransa, İspaniya, Sloveniya, Estoniya, Hindistan, Argentina, Meksika, Yaponiya, Haiti, Dominikan Respublikası, Sent Kitts, Keniya, Trinidad, Albaniya, Kamerun, Kot Divuar, Qana, Mozambik, Uqanda, Salvador, Cənubi Koreya və Şri-Lanka. Nepal, Serbiya və Türkmənistan isə səsvermədə iştirak etməyib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2017  17:29 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!