إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda tarixi "Mavi Quran" nüsxəsi əvvəlcədən təyin edilən qiymətdən iki dəfə baha satıldı - Foto

Kufi xətti ilə yazılmış  nadir Quran nüsxələrindən bir olan "Əl-Müshəful-Əzrəq" adlı qədim Quran nüsxəsi Londonun Kristi("Christie's") hərrac mərkəzində əvvəlcədən təyin edilən qiymətin iki bərabərinə satıldı.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Londonun "Christie's" hərrac mərkəzində "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) ilə birlikdə Hindistanın və İslam dünyasının digər tarixi incəsənət əsərləri də hərraca çıxarılaraq satılıb.

"Mavi Quran" adlanan bu nüsxə Qurani- Kərimin 3-cü surəsi olan Ali- İmran surəsindən 17-24 ayələri ehtiva edir.Nüxənin ölçüsü 28.9 x 37.8cm. Bu nüsxənin tarixi hicri-qəməri ili ilə 4-cü əsrə aiddir  və Tunisin Qeyrəvan şəhərində tapılmışdır.

Bu tarixi və qədim Quran nüsxəsinın hərracda satışı 128 mindən 192 min dollardək təxmin edilmişdi və qərara görə, aprel ayının 27-də, Londonun "Christie's"auksion mərkəzində digər İslami incəsənət əsərləri ilə birlikdə hərraca çıxarılmışdır. Amma gözlənildiyinin əksinə olaraq bu Quran nüsxəsi əvvəlcədən təyin edilmiş qiymətin iki bərabərinə, 389 min funt -sterlinqə (500 min dollar) satılıb.

Tunisin Qeyrəvan şəhərində kəşf edilərək götürülmüş "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsi Kufi xətti ilə və mavi rəngli dəri vərəq üzərinə qılıl suyu ilə həkk edilmişdir.

Satılan səhifədən əlavə bu Quranın digər nüsxələri Tunisində və dünyanın müxtəlif muzeylərində pərakəndə halda saxlanılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2017  17:09 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!