|
• Mənəviyyat • MənəviyyatDünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı?Təqlid müctəhidin göstərişinə əməl etməkdir. Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:
1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);
3. Müctəhid və möhtat olmayanlar–müqəllid(təqlid edən)
Şiə məzhəbinə görə, özü müctəhid olmayan və ehtiyata əməl edə bilməyən şəxs mütləq ən elmli (ələm) müctəhidə təqlid etməlidir.Əgər qəsdən bu üç yoldan heç birinə əməl etməzsə, ibadətləri batil olar.Əgər bir müddət təqlidin vacibliyindən xəbərsiz halda ibadət etmişsə, təqlid barədə məlumat aldıqdan sonra həmin ibadətlərini nəzərdən keçirməlidir.Əgər həmin ibadətlər təqlid etməsi gərəkən müctəhidin fətvalarına zidd olmamışsa, onları qəza etməyə ehtiyac yoxdur. Yol verdiyi yanlışlıqlar rükn (yəni edilməməsi və ya sayının arıtırıb-çoxaldılması ibadəti batil edən əməllər) yaxud bunun kimi digər əməllərdən deyilsə, onları da qəza etməsi lazım deyil. Amma əgər rükn və ya ona bənzər əməllərdə yanlışlıq etmişsə, bu halda həmin əməlləri qəza etməlidir.
İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz. Həmçinin, bir müctəhid rəhmətə gedirsə, onun müqəllidləri başqa ölü müctəhidin təqlidinə keçə bilməzlər. Gərək mütləq ya ən elmli diri müctəhidə təqlid etsinlər, ya da həmin rəhmətə getmiş müctəhidə təqlid etməkdə davam etsinlər. Əgər insan bir müctəhidin sağlığında onun hər hansı fətvasına əməl etmişsə, həmin müctəhid dünyasını dəyişəndən sonra da onun təqlidində qala bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2017 15:23 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |