إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avropadakı İmam Əli (ə) adına məscid yandırıldı

Avropanın ən böyük məscidlərindən biri İmam Əli(ə) adına olan məscidi yandırılıb.

Məlumata görə,yandırılan məscidə əsasən şiə məzhəbinin davamçılarının toplandığı bildirilir.

Ahlibeyt.az-ın  İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, məlumat SVT agentliyi tərəfindən yayımlanıb.

İsveçin ən böyük və İmam Əlinin (ə) adına olan şiə məscidindəki yanğın bu gün gecə saatlarında baş verib. Həmin ibadətgah paytaxt Stokholm şəhərindən şimalda Yerfelldə yerləşir.

“Yanğının qəsdən törədildiyi ehtimal edilir.”, - deyə Stokholm polisinin nümayəndəsi Lars Bistrem bildirib.

Yanğın xəbəri polisə bazar günü yerli vaxtla gecə saat 23.16 radələrində daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Məscid binasında 3 mindən çox kitabı olan kitabxana var. Kitabların yanıb-yanmaması haqda məlumat verilməyib.

“İlkin ehtimallara əsasən, binanın təqribən 30-50 faizi zərər görüb. Bu, bizim hazırda bildiklərimizdir.”, - deyə məscid nümayəndəsi Aki Zahiri bildirib.

Onun sözlərinə görə, məscidin sahəsi təxminən 3500 kvadrat metrdir.

 

 

Suspected arson of largest Shia Mosque in Sweden (3.5km², in Järfälla) during night. Started outside. "Severely damaged". Alarm came 23:16.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2017  13:51 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!