|
“Bakı-2017” ilə əlaqədar bütün məscid və ziyarətgahlarda hər cür şərait yaradılıbGələn ay ölkəmizdə keçiriləcək, 57 ölkəni təmsil edən üç mindən çox idmançının və 15 mindən çox turistin qatılacağı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları münasibətilə bütün məscid və ziyarətgahlarda idmançıların, eləcə də turistlərin ziyarət və ibadətləri üçün hər cür şərait yaradılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Azərtac-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bununla bağlı dini icmalara, din xadimlərinə xüsusi tapşırıqlar verilib. Qeyd edək ki, ölkə ərazisində 2166 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Bundan başqa, Azərbaycanda 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2017 16:19 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |