إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Oxuculardan dönə-dönə üzr istəyirik

Yanvar ayının 10-da gedən "Ayətullah Seyyid Əli Hüseyni Milani vəfat etdi" məqalədə yerləşdirdiyimiz şəkil mərhumun əmisi oğlunun şəkli idi ki, artıq şəkil əvəzlənmişdir. Səhv etməyimizə səbəb isə mərhumun vəfat etməsi xəbərini eşitdikdən sonra dərin araşdırma aparmadan mərhumun əmisi oğlunun vəfat etməsini zənn etməyimiz olub. Beləki, mərhum alimin əmisi oğlu da Nəcəf şəhərində doğulmuşdur və onun da adı Seyyid Əli Hüseyni Milanidir. Və o da mərhum kimi ruhani və ayətullahdır. Amma mərhumdan fərqli olaraq o sünni-şiə mövzusunda dərin araşdırmalar apardığına görə və həm də bu mövzuda bir çox əsərlər yazdığına görə o ictimaiyyətdə daha çox tanınmış ruhanidir. Məhz bu səbəbdən xəbəri eşitdikdə məhz onun vəfat etməsini zənn etdik.

Artıq həmin səhv aradan qaldırılıb. Burxadığımız səhvimizə görə hamıdan artıq dərəcədə dönə-dönə üzr istəyirik.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2012  19:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!