إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Los - Anceles kitab sərgisində Quran paylanıldı

"Los- Ancele kitab festivalı" sərgisində köşklərdən biri də İslam maarifinin təlimi və təbliği  ilə yaradılmış Şimali Amerikanın "İslam Cəmiyyət"-nin kitab köşkü olub.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə  "Los Anceles Times" qəzeti məlumat yayıb.

Xəbərə görə, Amerikanın Los-Ancelesdə keçirilən "Los- Anceles kitab festivalı" sərgisində sevimli və maraqlı kitab köşklərindən biri də Şimali Amerikanın "İslami Cəmiyyət"nin kitab köşkü olub. Bu köşkdə sərgiyə gələn insanlara pulsuz olaraq Quran- Kərimin İngilis dilinə tərcümə nüsxələri paylanılırdı.

Bundan əlavə bu köşkdə müsəlmanlar barədə dialoq, müxtəlif dinlər barədə məlumat almaq və İslami geyim tərzini və hicabı imtahan etmək fürsəti sərgiyə gələn insanlar üçün yaradılmışdı.

"Los- Ancele kitab festivalı" Amerikanın ən böyük kitab festivalıdır ki, bu il iki gün müddətində keçirilib və aprel ayının 23-də öz işini yekunlaşdırıb.

Şimali Amerikanın "İslami Cəmiyyət"inin kitab köşkünün koordinatoru Albert Tampi  bu barədə bildirib:

"Biz 10 ildən çoxdur ki, hər il "Los- Ancele kitab festivalı" sərgisində bu köşkü qururuq və həmişə də insanlar tərəfindən çox böyük və geniş maraqla qarşılanır. Bu il də bizim kitab və təbliğ köşkümüzə gələnlərin və maraqlananların sayı ötən ildəkindən daha da artmışdı.

Cəmiyyətdə İslam barədə bir çox yanlış fikirlər vardır və buna görə də insanlar bu barədə maraqlanır və bilmək istəyirlər. Bizim köşkün də hədəfi insanlara İslam barədə ümumi informasiya ötürməkdir.Bu iki gündə biz insalara 2 min civarında Quran- Kərimin ingiliscə tərcümə nüsxəsini hədiyyə etmişik."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2017  18:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!