إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün insan haqqları siyasətçilərin əlində alətə çevrilib

Mərcei-təqlid Ayətullah Məkarim Şirazi Jeneva Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Cəmiyyətlər Departamentinin müdiri professor Marko Sassolini qəbul edib.

Marko Sassoliniyə xoş gəldin deyən mərcei-təqlid onun İslam ölkələrinə səfərini yüksək dəyərləndirərək deyib ki, ümid edirik ki, digər mütəffəkirlər də sizin kimi müsəlman icmaları və şəxsiyyətləri ilə yaxından tanış olarlar və başqalarından İslam öyrənmək yerinə İslam əqidəsini onlardan əxz edərlər. Çünki başqaları bir çox mətləbləri tam əksinə tanıtdırırlar.

Ayətullah Məkarim Şirazi görüş zamanı deyib ki, bu gün insan haqqları siyasətçilərin əlində alətə çevrilib və ondan öz mənfəətlərinə çatmaq üçün istifadə edirlər. Məsələn, İranda insan haqqlarının pozulmasını bildirərək bizə iradlar bildirirlər. Halbuki bəzi ərəb ölkələrində nə seçkilər keçirilir, nə insan haqqları qorunur və nə də demokratiyadan əsər-əlamət var. Amma onlara heç bir irad bildirilimir. Çünki onlar bizə irad bildirənlərin mənfəətləri üzrə hərəkət edirlər.

İranda dəfələrlə seçkilər keçirildiyini xatırladan mərcei-təqlid deyib ki, bu seçkilər həqiqi seçkilər olub və camaat bu seçkilərdə yaxından iştirak edib. Bizim konstitusiyamız gözəl şəkildə yazılmışdır və camaat ona etimad edir. Əgər siz konstitusiyamızı özünüz araşdırsanız bunu müşahidə edərsiniz və görərsiniz ki, çox məntiqli və insan sevgisi ilə dolu bir konstitusiyadır. Amma bizə irad bildirənlər bunu qəbul etmirlər. Çünki onların meyarı öz mənafeləridir.

Ayətullah Məkarim Şirazi daha sonra deyib ki, bir çox qərblilər bizim ölkəmizə səfər etdikdən sonra fikirlərində kardinal dəyişikliklər baş verir və bəyan edirlər ki, biz eşitdiyimiz İranla gördüyümüz İranın arasında böyük bir fərq var. Elə bil ki, iki İran mövcuddur. Biri Qərb KİV-də çatdırılan İran və biri də həqiqi İran.

Biz bütün dünya xalqları ilə dinc yaşamaq peşindəyik və bizimlə mübahisəsi və düşmənçiliyi olmayanla heç bir mübahisəmiz və düşmənçiliyimiz yoxdur deyən mərcei-təqlid deyib ki, bu Qurani-Kərimin bizə verdiyi təlimdir.

İslam dininin göstərişlərindən biri olan Həcc mərasimində müsəlmanların görüşərək bir-birinin halından xəbərdar olmasını diqqətə çatdıran Quran müfəssiri bildirib ki, əgər bütün cəmiyyətlər ayrılıqda yaşayarlarsa və ancaq özləri barədə düşünərlərsə, dünya cəmiyyəti pis günə qalar. Buna görə hamı bir-birinin fikrində olmalıdır. Din bizə öyrədir ki, digərlərinin mənafeyinə öz mənafeyin kimi baxmalısan. Və əgər buna əməl edilərsə, dünyada əmin-amanlıq və sülh bərqərar olar.

Daha sonra siyasətçilərin müsəlmanlar arasında çəkişmələr və müharibələr yaratmağına işarə edən İslam alimi bildirib ki, min ildən artıqdır ki, şiələr və sünnilər İraqda bərabər qardaşcasına yaşayırdılar və aralarında dava filan yox idi. Amma bu gün hər gün hər iki tərəfdən qorxaqlar tərəfindən günahsız insanlar qətlə yetirilir. Biz bunun kimlər tərəfindən edildiyini gözəl bilirik. Həmçinin bilirik ki, məqsəd məzhəb qarşıdurması yaratmaqdır.

Şeyx Məkarim Şirazi müsəlman ölkələrinin daxili çəkişmələr vasitəsilə zəiflədildiyini bildirərək deyib ki, bu imperialist ölkələr tərəfindən həyata keçirilir. Ən böyük problem isə bundadır ki, dünya mətbuatı onlarıın əlindədir və dünyaya bizim fəryadımızın yetişməsinə mane olurlar.

Son olaraq mərcei-təqlid bildirib ki, İslam dini bizə öyrədir ki, əgər bir işi kamil şəkildə yerinə yetirə bilməsəniz də, əlinizdən gələn qədər edin. Biz də buna bütün ictimai məsələlərdə əməl edərək, ümidlə irəli gedirik. Və nə qədər ki, sağıq vəzifəmiz insan haqqlarının inkişafı üçün çalışmaqdır.

Görüşün sonunda Jeneva Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Cəmiyyətlər Departamentinin müdiri professor Marko Sassolini xudahafizləşərək görüşdən məmnun qaldığını, görüşün onun üçün faydalı və yararlı keçdiyini bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2012  06:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!