إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pakistan təhsil ocaqlarında "Quran təlimi fənni" məcburi oldu

Pakistanın Milli Məclisi bütün üzvlərinin yekdilliklə müsbət rəy verərək  2017-ci tədris ili üçün ölkənin bütün təhsil ocaqlarında "Quran təlimi fənni"nin tədris edilməsini icbari etdi.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Pakistanın ali qanunverici orqanı, Milli Məclis, yekdilliklə müsbət rəy verərək  2017-ci tədris ili üçün ölkənin bütün təhsil ocaqlarında "Quran təlimi fənni"nin tədris edilməsi qanun layihəsini təsdiq edərək, şagird və tələbələrə Quran öyrənməyi icbari etdi.

Bu qanuna əsasən dövlətin bütün təhsil ocaqları və eləcə də bütün xüsusi təhsil müəssisələri Quran- Kərimin üzünə sadə oxunuşu və peşəkar qiraətini ibtidai (birdən altıyadək) siniflərə və Quran-Kərimin qiraət və tərcüməsini altıncı sinifdən yuxarıya tədris etməlidirlər.

Pakistanın Təhsil Naziri Məhəmməd Rəhman bu barədə bildirib: Bu qanunun icrasının icbari edilməsində hədəfimiz şagirdləri Quran- Kərimi oxumağa, dərk etməyə təşviq etmək və onlarda fərqli mövzular və ideaların kəşfi üçün zəmin yaratmaqdır. Quran-Kərimi öyrənmək bizim dini vəzifəmiz olmasından əlavə, bu məsələ həm də təhsil keyfiyyətinin yüksəlməsinə də səbəb olacaqdır.

Paksitan təhsil ocaqlarında Quran- Kərimin tədris edilməsinin qanuniləşdirilməsi məsələsi keçən ildən bu ölkənin milli məclisinin gündəminə gətirilmişdi və qanunverici orqanın üzvlərinin təhsil mərkəzlərinin rəhbərləri ilə məsləhətləşməsindən sonra həyata keçirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2017  18:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!