إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə əməliyyat zamanı dəyərli Tövrat əlyazması ələ keçirilib

Türkiyənin Adana vilayətində tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə,bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı bəzi ünvanlarda axtarış aparılıb. Axtarış nəticəsində iki ədəd Tövrat əlyazması aşkar edilib. Əməliyyat nəticəsində 4 şübhəli şəxs saxlanılıb.

Hər iki kitab Adana Muzey İdarəsinə göndərilib. Üzəri ceyran dərisi ilə örtülmüş əlyazma kitabının dəyərli tarixi əsər olduğu müəyyən edilib.

Qeyd edək ki, Çukurova rayonunda da bir müddət əvvəl təşkil edilmiş əməliyyatda dəyəri 3 milyon dollar olduğu bildirilən Tövrat əlyazması ələ keçirilmişdi.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2017  17:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!