إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Əgər duanız olmasaydı...

«Fürqan» surəsinin son ayəsində buyurulur: De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”

Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır. İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir.

Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü şərtidir.

İslam Peyğəmbəri(s) buyurur: «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur»(«Üsuli-kafi», 2-ci cild)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2017  10:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!