إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir müftisi: Həzrət İmam Əli (ə) İŞİD-in zahir olacağını xəbər vermişdi

Misirli müfti Şövqi Ə`lam mətbuata müsahibəsində dedi: Həzrət İmam Əli (ə) hələ 1400 il öncə İŞİD kimi ünsürlərin İslam cəmiyyətində zühur edəcəklərini xəbər vermişdi.

Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, misirli müfti Şövqi Ə`lam mətbuata  müsahibəsində bildirib ki, Həzrət İmam Əli(ə) 14 əsr öncə İŞİD terrorist ünsürlərini zahiri görkəm və əqidə baxımından dəqiq əlamətləri ilə vəsf etmiş, onların qara bayraqlara sahib olacaqlarını və zühur edəcəkləri barədə xəbər vermişdi.

Şövqi Əlam qeyd edib ki, İmam Əli (ə) 1400 il öncə onların barəsində buyurub:

"Qara bayraqları gördüyünüz zaman olduğunuz yerdə qalın. Əl və ayaqlarınızı tərpətməyin (hərəkətə keçməyin). Sonra zəif bir dəstə peyda olacaqlar ki, kimsə onlara əhəmiyyət verməyəcək. Qəlbləri dəmir kimi bərk olacaq. Heç bir əhd və peymana vəfadar olmayacaqlar. Haqq iddiasında olacaqlar, halbuki özləri haqq deyildirlər. Bir-birlərini künyə ilə və mənsub olduqları məkana uyğun səsləyəcəklər. Qadınları kimi uzun saç saxlayacaqlar. Onlar bir- biriləri ilə ixtilafa düçar olacaqlar. O zamana qədər ki, Allah- Taala həqiqəti o yerdən ki, Özü istəyir, aşkar edəcəkdir."

Müsirli müfti müsahibə zamanı vurğulayıb ki,  İslam şəriətinin insanların canını və malını qorumaq kimi hədəfləri İŞİD-in əqidə leksikonunda yoxdur. Buna görə də onlar çox soyuqqanlıqla insan başı kəsirlər. Halbuki bütün səmavi dinlər insanların canı və malının qorunmasını vacib sayırlar və bütün şəriətlər bunun üçün gəlib. Və heç kim haqqı yoxdur ki, digərinin yaşamaq haqqını görməzdən gəlsin, həyatını dayandırsın və canını alsın. Bu işlər (kiminsə həyatına son qoymaq) müdafiə üçün müharibə zamanı və ya səlahiyyətli hakimin hökmü ilə olmalıdır.

Qeyd edək ki, misirli müfti Şövqi Əlamın nəql etdiyi bu hədisin sənədini bəzi din alimləri səhih və bəziləri isə zəif hesab etmişlər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2017  16:41 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!