إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Təqva libası

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 27-ci xütbəsində belə buyurur:

نَّ الْجِهادَ بابٌ مِنْ ابْوابِ الْجَنَّةِ، فَتَحَهُ اللَّهُ لِخاصَّةِ اوْلِيائِه‏، وَ هُوَ لِباسُ التَّقْوى‏، وَ دِرْعُ اللَّهِ الْحَصينَةُ؛

“Şübhəsiz, cihad Allahın xas bəndələrinin üzünə açdığı behişt qapılarından biridir. O, təqva libası və Allahın möhkəm zirehidir.

Aydındır ki, Allahın rəhmət və razılığını əldə etmək, “behişti-əla”da yer tutmaq üçün, hədislərdə “behişt qapıları” adı ilə tanıtdırılan müxtəlif səbəblər olmalıdır və onlardan biri də “cihad” və Allah yolunda mübarizədir. İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə bir hədis nəql edir:

لِلجَنَّهِ بابٌ یُقالُ لَهُ: بابُ الْمُجاهِدینَ یَمْضُونَ اِلَیهِ فَاِذا هُوَ مَفتُوحٌ وَ هُمْ مُتَقَلِّدوُنَ بِسُیوفِهِمْ وَ الْجَمْعُ فِى الْمَوقِفِ وَ الْمَلایِکَهُ تُرَحِّبُ بِهِمْ؛

“Behiştin “mübarizlər” adlı bir qapısı var ki, digər insanlar “hesab” üçün intizarda olduqları halda, mübarizlər bellərində qılınc həmin qapıya doğru hərəkət etdikdə, qapının üzlərinə açıq olduğunu görərlər və mələklər də onlarla salam deyərlər.” (“Kafi”, 5-ci cild, səh.2, “cihad” fəsli, hədis 2.)

Məlum olduğu kimi, İslamda cihad və mübarizə iki qismə bölünür: xarici düşmənlə cihad və daxili cihad (nəfslə mübarizə).

Birinci cihad “kiçik cihad”, ikincisi isə “böyük cihad” adlanır. Amma hər ikisi behişt qapılarından sayılır və sözsüz, “böyük cihad”sız heç kim “liqaullah”a çata bilməz, iman və təqva zirvələrini fəth edə bilməz. “

İmam Əlinin (ə) kəlamında “təqva” libasa bənzədilir və həqiqətdə, “Əraf” surəsinin 26-cı ayəsinə işarədir. Həmin ayədə buyurulur:

يا بَنى آدَمَ قَدْ انْزَلْنا عَلَيْكُمْ لِباساً يُوارى سَوْآتِكُمْ وَ ريشاً وَ لِباسُ التَّقْوى‏ ذلِكَ خَيْرٌ ذلِكَ مِنْ آياتِ اللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ؛

Ey Adəm övladları, şübhəsiz, sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.”

Allah-Taala bu ayədə Öz bəndələrinə libasla minnət qoyur və libasla bağlı ayədə qeyd olunan “ənzəlna” (nazil etdik) təbiri diqqəti cəlb edir. Çünki Allah-Taala səmadan su nazil edərək tоrpаqdаn pаmbıq cücәrir, hеyvаn оtlа qidаlаndıqdаn sоnrа yun әldә оlunur. Bütün bunlаr ilаhi nişanələr vә insаnlаr üçün dәlildir. İnsan həmin yundan özləri üçün libas hazırlayır. Əlbəttə, demək olar ki, “ənzəlna” (nazil etdik) kimi təbirlərdə səma kimi yerə nisbətən yüksək məkanın nəzərdə tutulması lazım deyil, çünki Allahın xas bir məkanı olmadığından, hətta yüksək məqam da kifayətdir.

Demək, Allah-Taala libası, yer üzündə hazırlansa da, insana əta etdiyi üçün “ənzəlna” (nazil etdik) təbiri ilə işlətmişdir.

 

LİBASIN ROLU

Libasın üç mühüm rolu var:

1. İnsanı xarici təhlükələrdən qoruyur;

2. İnsanın eyiblərini örtür;

3. İnsanın ehtiram və bəzəyidir. Çünki çılpaq insan heyvana bənzəyir. Odur ki, libası insan şəxsiyyətinin tablosu hesab etmək və əksər əxlaqi səciyyələri bu tabloda görmək olar. Libas tablosundan başa düşülür ki, onun sahibi hövsələsizdir, yoxsa hövsələli? Səliqəlidir, yoxsa səliqəsiz? Sərtdir, yoxsa mülayim? Ailəsi ilə rəftarı yaxşıdır, yoxsa pis?

Bir sözlə, libas bu üç məqsədi izləyir. Təqva da üç məqsədi izləyən bir libasdır:

1. Təqva insanın ruhunu qoruyur və onu, ruhunu zədələyən və hətta insan kəramətini məhv edən əxlaqi büdrəyişlərdən saxlayır.

2. Mаddi libаs insаnın еyiblәrini örtdüyü kimi, tәqvа dа еyiblәr üçün örtük sәbәbidir.

3. Təqva zinət və şəxsiyyət nişanəsidir, insana mənəvi gözəllik verir. Təqvalı insan hətta təqvasız insanların nəzərində belə möhtərəmdir.

Təqva adi bir libas deyil, əksinə ondan müharibə libası kimi də istifadə etmək olar; cihad insan həyatında daimi bir hadisə olduğundan, xüsusən, nəfslə mübarizə zamanı bu libasa ehtiyac da daimidir.

Demək, insanın bəla və təhlükələrdən qorunması, eyiblərinin örtülməsi və mənəvi gözəlliyə sahib olması üçün bu müharibə libasından daimi bəhrələnməsi zəruridir.

Mənbə:Maide.az

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2017  13:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!