إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Malala Yusufzay BMT-nin ən gənc Sülh elçisi olub

Antoniu Quterriş pakistanlı hüquq müdafiəçisini rəsmən BMT-nin Sülh elçisi təyin edib

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun baş katibi Antoniu Quterriş pakistanlı hüquq müdafiəçisi Malala Yusufzayı rəsmən BMT-nin yeni Sülh elçisi təyin edib.

Ahlibeyt.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə,bu barədə BMT-nin xəbərlər mərkəzi məlumat yayıb.

M.Yusufzay bir neçə il əvvəl taliblərin hücumunun qurbanı olub. Onlar qızların təhsil hüquqlarını müdafiə etdiyi üçün Malalanı öldürməyə cəhd göstərib. M.Yusufzay ağır yaralansa da, sağaldıqdan sonra qızların təhsil alması yönündə fəal mübarizəsini davam etdirib.

M.Yusufzay 12 iyul 1997-ci il tarixində anadan olub. O, 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. 2015-ci ildə isə o, BMT Baş Assambleyasının yubiley, 70-ci sessiyasında Roma Papasından dərhal sonra çıxış edib.

Qeyd edək ki, BMT-nin Sülh elçiləri fəxri adı BMT-nin işinə beynəlxalq diqqət cəlb etməyə razılıq verən hüquq müdafiəsi, incəsənət, musiqi, elm, idman sahəsində tanınmış xadimlərə verilir. Bu gün BMT-nin Sülh elçiləri siyahısına İrodaniya şahzadəsi Haya bint əl Hüseyn, Hollivud ulduzları Şarliz Teron, Maykl Duqlas, Corc Kluni və Edvard Norton, müğənni Stivi Uander, yazıçılar Paulo Koelyo, dirijor Daniel Barenboym və başqaları daxildir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2017  12:12 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!