إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyanı çökdürsələr, Livan, İraq və İrana hücuma keçəcəklər

Ayətullah Məkarim Şirazi İİR-nin Livandakı səfiri Rukn Əbadini qəbul edərək bölgədə cərəyan edən hadisələri müzakirə etmişdir.

Ayətullah Məkarim Şirazi düşmənlərin Suriyada hərc-mərclik yaratmaqdan məqsədin əslində müqavimətin əzmini sındırmaq olduğunu bildirib. O deyib ki, əgər onlar Suriyanı çökdürsələr, daha sonra Livan, İraq və İrana hücuma keçəcəklər.

Suriyada cərəyan edən hadisələrin dünya mətbuatında təhrif edilərək camaata çatdırıldığını vurğulayan mərcei-təqlid deyib ki, bunun üçün mətbuatda bu hadisənin həqiqəti şəffaf şəkildə açıqlanmalıdır.

Suriyada islahatlar aparılmalı və qırğın dayandırmalıdır deyən Şeyx Məkarim Şiraizi hər bir ökədə, o cümlədən, Yəməndə, Bəhreyndə və Səudiyyədə xalqın tələbləri təmin olunmalıdır. Eyni zamanda xaricdən qüvvələrin müdaxiləsini də pisləyirik.

Ayətullah Məkarim Şirazi daha sonra deyib ki, ABŞ və Qərb İslami oyanış zamanı öz sədaqətsiliyini nümayiş etdirdilər və görsən di ki, onlar yalnız öz mənfəətlərini güdürlər. Amma təəccüblüsü budur ki, bizim bəzi qonşularımız onların yalanlarına uyaraq İslam düşmənlərinin xeyrinə mövqe nümayiş etdirirlər.

Görüşün sonunda Ayətullah Məkarim Şirazi səfirdən Livan aimlərinə hərarətli salamlarını çatdırmasını istəyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2012  03:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!