|
• DünyadaAzərbaycanlı xanım beynəlxalq hafizlik müsabiqəsində iştirak edib - Foto29 mart – 3 aprel tarixlərində İordaniya Haşimilər Krallığında qadın hafizələr arasında beynəlxalq Qur`ani-Kərim Tilavəti müsabiqəsi keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ mətbuat xidmətinin məlumatında qeyd olunur ki, müxtəlif ölkələri təmsil edən xanım hafizələrlə yanaşı müsabiqədə Azərbaycan nümayəndəsi də çıxış edib. Məlumata görə, İordaniyada ölkəmizi “Şəbnəm” İslam kollecinin hafizlik müəlliməsi Cəmilə Nəbiyeva təmsil edib. Yarışmada uğurla çıxış edən təmsilçimiz təşkilat komitəsi tərəfindən “Təşəkkürnamə” diplomu ilə təltif olunub. Qeyd edək ki, təşkilat komitəsi yarışmaçılar üçün maraqlı ziyarət proqramı hazırlayıb. Müsabiqə iştirakçıları İordaniya ərazilərində yerləşən müxtəlif tarixi ziyarətgahları, o cümlədən, Əshabi-Kəhf mağarasını, Həzrəti Yuşa ibn Nun (ə.s) və Həzrəti Əbu Ubeydullah bin Cərahın məqbərələrini, eləcə də Kral Hüseyn məscidini və Ölü dənizi ziyarət ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2017 13:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |