إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Gürcüstan Müsəlmanları İdarəsi" nəznində “Halal” kəsim nəzarət komissiyası yaradılıb

Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsi(GMİ) nəzdində “Halal” kəsimə nəzarət qrupu və din xadimlərinin iştirakı ilə toplantı keçirilib.

Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə, toplantıda İdarənin bir neçə yerli və xarici şirkətlərlə “Halal” sertifikatın verilməsi və bağlanan müqavilə və razılaşmaların şərtləri haqda məlumat verildi. Eyni zamanda Cəfəri və Hənəfi fiqhinə görə dini şəriət qaydaları əsasında xırda və iri buynuzlu heyvanların və eləcədə quşların kəsim qaydaları barəsində danışıldı.

GMİ şeyxi Hacı Ramin İgidov və müfti Yasin Əliyev “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində məlumat verib, bu məsuliyyətli iş haqda din xadimlərinin olduqca diqqətli olmasını və yoxlama apararaq nəzarətlərini daha da gücləndirmələrini  tapşırdılar.  Sonra Halal sertifikatın verildiyi müəssisələrin  iş rejimi halında din xadimləri tərəfindən çəkilən video çarxlar nümayiş edilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2017  11:27 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!