|
• DünyadaSuriya ordusunun ən son uğurlarıSuriyadakı "Tərəflərinin barışdırılması üzrə Rusiya mərkəzi"nin bu ölkədəki son hərbi vəziyyətlə bağlı məlumat yayıb. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə əsasən,bu barədə RiaNovosti agentliyi məlumat yayıb. Məlumata görə,Suriyadakı Düşmən tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi bu ölkədəki son hərbi vəziyyətlə bağlı məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumat bülletenində deyilir ki, sutka ərzində əs-Suvəyda əyalətindəki Hərran, Dəməşq əyalətindəki Muzraat-Kirmişiyyə, əl-Kunəytra əyalətindəki Kum-əl-Visiya yaşayış məntəqələri ilə hərbi əməliyyatların dayandırılması rejiminə qoşulmaları barədə 3 saziş imzalanıb. Beləliklə də, barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı artaraq, 1444-ə çatıb. Həmçinin Hələb, Dəməşq, Həma, Homs və əl-Kunəytra əyalətlərindəki digər yaşayış məntəqələri ilə də hərbi əməliyyatların dayandırılması rejiminə qoşulmaları haqda danışıqların davam etdirildiyi də qeyd edilib. Atəşkəs rejiminin şərtlərini qəbul edərək, ona əməl edən silahlı qruplaşmaların sayı isə dəyişməz olaraq qalıb: 139. 2017-ci ilin yanvar ayının 1-dən etibarən Suriya ordusu tərəfindən İŞİD terror təşkilatının işğalından azad edilmiş yaşayış məntəqələrinin sayı isə artaraq, 225 çatıb. Suriya ordusu 24 saat ərzində 10 kvadrat km ərazini terrorçulardan təmizləyib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2017 15:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |