|
• DünyadaAyətullah Nuri Həmədani: "ABŞ İslam dünyasının bir nömrəli düşmənidir"Böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani düşmənin təfriqə və qarşıdurma törətmək və vəhhabilik kimi saxta təriqətlər yaradıb təkfirçilik və sələfiliyi himayə etməklə müsəlmanlara böyük zərbə vurduğunu təəssüflə qeyd edib.
Ahlibeyt.az-ın deyerler-ə istinadən məlumatına görə, Ayətullah Nuri Həmədani tələbələr qarşısında etdiyi çıxışında, müsəlmanların bu radikal qrupları tanıdıb, onlardan xəbərdar olduqlarını bəyan etməli olduqlarını deyib.
Müctəhid bu problemlərin əsas səbəbkarının qlobal imperialist gücün, yəni ABŞ-ın olduğunu qeyd edərək, müsəlmanların bir nömrəli düşməni sayılan ABŞ-dan qəflət etməməli olduğunu sözlərinə əlavə edib.
Ayətullah Həmədani ABŞ-ın təkfirçi qrupları yaratmaq, bölgədəki nökərlərinə yardım edib Yəmən və Bəhreyndə insanların qanını tökmək yoluyla, sionist İsrail rejimi üçün etibarlı bir region yaratmağa çalışdığını bildirib.
Ayətullah Nuri Həmədani, İranın imperializmə qarşı ön cərgədə mübarizə apardığı və regionda müqavimət qüvvələrini birləşdirdiyi üçün ən çox İranla düşmənçilik edildiyini qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2017 12:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |