إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Peterburq metrosunda partlayışı terrorçu-kamikadze törədib

İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Ahlibeyt.az-ın APA-ya istindən xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən  silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.

Onun sözlərinə görə, vaqonda  200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu  bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.

Qeyd edək ki, bu gün günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşad" stansiyaları arasında vaqonda partlayış baş verib.Terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirilib.

Bundan başqa Peterburq metorpoliteninin "Ploşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.

Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2017  10:23 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!