|
• DünyadaLavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır""Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş yazısında S. Lavrov bildirib ki, Rusiya digər həmsədr ölkələr olan Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir: “Bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur. Bir sıra razılıqlar əldə olunur. Bir neçə məsələ qalıb, lakin bu məsələlər ən çətinidir. İşin nəticəsi ilk növbədə tərəflərin siyasi iradəsindən, kompromisli qərara hazır olmasından və uyumluluq nümayiş etdirməsindən asılıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Aprel, 2017 16:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |