إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qəlb işıqlı olarsa...

İnsanların maddi və mənəvi sağlamlığının qorunmasında Quran ayələri və Əhl-Beyt(ə) imamlarının nurlu kəlamlarının çox böyük təsiri vardır. Onların nurlu kəlamları insanların ruhu və qəlbini işıqlandırır, qəlb və ruh işıqlı olarsa, bu işıq maddi və fiziki həyatda da dərin təsirə malik olur.

Mömin qardaşın əlamətləri və xüsusiyyətləri

Əmirəl-Möminin İmam Əli (ə) bir hədisdə həqiqi mömin qardaşın əlamətlərini sayaraq buyurur:

الإمامُ عليٌّ عليه السلام : «إنَّ أخاكَ حَقّا مَن غَفَرَ زلّتَكَ و سَدَّ خَلّتَكَ ، و قَبِلَ عُذْرَكَ ، و سَتَرَ عَوْرَتَكَ ، و نَفى وَجلَكَ ، و حَقّقَ أملَكَ.»

"Sənin həqiqi qardaşın o kəsdir ki, günah və xətalarından keçsin, ehtiyacın olanda təmin etməyə çalışsın, sənin üzürünü qəbul etsin, sənin eyibini örtsün, qorxunu (təhlükəli halı) səndən uzaqlaşdırsın (və ya sənə qorxmaman üçün dəstək olsun) və arzularının həyata keçməsi üçün çalışsın".

("Ğürərul-Hikəm" hədis:3645)

Bu insanlar hər zaman məhrumdurlar

Allah- Taala insanlara məhrumiyyətdən qurtarmaq və xilas olmaq üçün müxtəlif yollar göstərməsinə baxmayaraq, bəzi insanlar yenə də məhrumiyyət yolunu seçirlər.

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) buyurur:

رسولُ اللّه ِ صلى الله عليه و آله: «الحَريصُ مَحْرومٌ، و هُو مَع حِرْمانِهِ مَذْمومٌ في أيِّ شيءٍ كانَ، و كيفَ لا يكونُ مَحروما و قَد فَرَّ مِن وَثاقِ اللّه ِ؟!»

"Həris insan həmişə məhrumdur. Məhrum olmaqdan əlavə hər işi görsə, pislənəcəkdir.Necə də məhrum olmasın ki, Allahın dərgahından və möhkəm ipindən qaçıbdır.

(Əllamə Məclisi,"Biharul-Ənvar")

Allah- Taala bəzi insanları öz halına və öz başına buraxıbdır

Quran ayələri və hədislərə əsasən Allah- Taala insanı muxtar və azad yaratsa da, daima onun işlərini nəzarətdə saxlayır və lazım olan yerlərdə insanları büdrəməkdən saxlayır. Amma bəzi insanlar da vardır ki, Allah – Taala onları öz halına və öz başına buraxıbdır və onlara nəzər və diqqət etmir, onlara qayğı göstərmir.

İmam Sadiq (ə) bu barədə buyurur:

الإمامُ الصّادقُ عليه السلام: «إيّاك و الرياءَ؛ فإنّهُ مَن عَمِلَ لِغَيرِ اللّه ِ وَكَلَهُ اللّه ُ إلى مَن عَمِلَ لَهُ»

"Riyarkarlıqdan qorunun, çəkinin. Çünki hər kəs riyakarlıq edərsə və Allahdan başqasının niyyəti ilə bir iş görərsə, Allah – Taala həmin kəsin işlərini və ehtiyaclarını (niyyətdə tutulan və onun üçün iş görülən) o şəxsin öhdəsinə buraxar".

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2019  12:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!