|
|
Səfəvilər dövlətinin mədəniyyətini əks etdirən əsər çapdan çıxıbAMEA Elm Tarixi İnstitutunun əməkdaşı Gülər Əliyevanın "Jan Şardenin "İrana və digər Şərq ölkələrinə səyahət" əsərində elm və təhsil" kitabı çapdan çıxıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir. Tədqiqatda fransız səyyahı Jan Şardenin XVII əsr Səfəvilər dövlətinin mədəniyyətini və o dövrün Azərbaycan sivilizasiyasını əks etdirən əsərinə müraciət edilib. Nəşrin elm və incəsənət haqqındakı hissəsi ilk dəfə Azərbaycan dilinə tərcümə edilib və geniş şəkildə təhlil olunub. ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2017 16:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |