إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quran əzbərləmək xəstəliklərin qarşısını alır

Quran hafizlərinin üzərində aparılan yeni tədqiqat və araşdırmaların nəticəsi göstərir ki, Quran-Kərimi əzbərləməklə ruhi və psixi sağlamlığın arasında sıx bağlılıq var.

Ahlibyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Quran hafizlərinin üzərində aparılan yeni tədqiqat və araşdırmaların nəticəsi göstərir ki, Quran-Kərimi əzbərləməklə ruhi və psixi sağlamlığın arasında sıx bağlılıq var.Araşdırmalar göstərir ki, insan Qurandan nə qədər çox əzbərləyirsə, həmin miqdarda da ruhi və psixi sağlamlığa sahib olur.

Riyazın Psixologiya universitetinin ustadı Dr. Saleh ibn İbrahim əs-Səni bu araşdırmanı iki fərqli 170 nəfərlik qrup üzərində aparıb. Birinci qrup 170 nəfər "Məlik Əbdül-Əziz" adına universitetin qız və oğlan tələbələri, ikicni qrup 170 nəfər isə "İmam Şatibi" adına Quran Araşdırmaları Akademiyasının qız və oğlan tələbələri olub.

Riyazın Psixologiya universitetinin ustadı Dr. Saleh ibn İbrahim əs-Səni "ruhi və psixi sağlmalıq" barədə deyir:

Hər bir fərdin sağlamlığı 4 faktor əsasında təyin edilir: 1. Dini və mənəvi; 2. Ruhi və psixi; 3. İctimai; 4. Fiziki və cismi.

Aparılan bu tədqiqatının nəticələrinə görə, Quran ayələrinin əzbərlənməsi ruhi sağlamlıqda geniş və dərin təsirə malikdir və əzbərlənən ayələrin çoxluğu  bu təsirləri də artırır.

Həmçinin tədqiqatın nəticəsinə görə bəlli olub ki, Quran əzbərləmək tələbələrin zehnini və dərkini gücləndirir,həmçinin dünyəvi təhsillərinə də öz təsirini göstərir.

Quran ayələri hər bir fərdin müxtəlif hallarında ona ən yaxşı məsləhətçidir və ən çətin anlarda ən yaxşı məsləhətçi kimi insanın köməyin gəlir, onu ümidsizləşməyə qoymur, hərəkətverici rol oynayır, özünəgüvəni gücləndirir və hər zaman fövqəladə bir gücün ona kömək edəcəyini təlqin edir.

Bu araşdırmaya əsasən Quran əzbərləməyin bəzi təsirlərinə işarə edirik:

1). Zehni təsəvvürlərin paklanması, İlahiləşməsi, mənəviləşməsi.

2). Hafizənin güclənməsi.

3). Ruhi və psixi sakitlik.

4). Şadlıq və xoşbəxtlik hissi.

5). İztirab, nigrançılıq, qorxu və qüssədən uzaq olmaq.

6). Ərəb dili və natiqliyin güclənməsi.

7). Fərdin ictimai əlaqələrinin yaxşılaşması və özünəgüvənlik.

8). Fiziki və mənəvi xəstəliklər ilə mübarizə etmək və xilas olmaq gücünə yiyələnmək.

9). Anlama və dərk etmə qüdrətinin çoxalması

10). Özünü güclü hiss etmək və buna görə ruhi və psixi sakitlik əldə etmək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində bu barədə aparılmış 70 elmi tədqiqata əsasən dindarlıq fərdin ruhi və psixi sağlamlıqda və daxili sakitliyində dərin və geniş təsirə malikdir.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2017  13:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!