|
• DünyadaBayram günləri Müqəddəs Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib Novruz bayramı ilə əlaqədar son bir həftə ərzində Müqəddəs Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, bunu İranın Xorasan Rəzəvi əyalətinin başçısı Əlirza Rəşidian deyib.
O, bildirib ki, zəvvarlara və turistlərə yaxşı xidmət göstərilməsi üçün bütün şərait hazırdır. “Çalışırıq İmam Rzanın (ə) şəhərində zəvvarlara və turistlərə yaxşı ev sahibliyi edək”.
Ə.Rəşidian deyib ki, zəvvarların Məşhəd şəhərinə səfərində ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım müşahidə olunur. “Ümumilikdə son bir həftə ərzində Xorasan Rəzəvi əyalətinə 4 milyon 350 min nəfər səfər edib ki, onlardan 2 milyon 688 min 255 nəfəri Məşhəd şəhərinin payına düşür.”
Qeyd edək ki,bir gün öncə İranın Ali Dini Lideri Məşhəd şəhərinə səfər edərək İmam Rzanın(ə) hərəmində Novruz bayramı münasibətilə çıxış edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2017 13:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |