إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda Xanım Fatimeyi Zəhra(s.ə) mövludu və Novruz bayramı qeyd edildi - FOTO

Xanım Fatimeyi-Zəhranın viladəti münasibəti ile Dünya Müsəlman Qadınlar ve Analar Günü ilə eyni tarixə düşən Novruz bayramı  İstanbun Zeynəbiyyə məhəlləsində "Yəhya Kamal Bayatlı"  mədəniyyət sarayında möhtəşəm şəkildə qeyd edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Zehra Ana Yardımlaşma ve Dayanışma Dərnəyini tərəfindən təşkil olunana tədbirə  Türkiyə Cəfəriləri Lideri Selahattin Özgündüz,AKP İgdır Millətvəkili Nurettin Aras,diplomatik missiyaların nümayəndələri, ictimaiyyət və din xadimləri və on minlərlə Əhlibeyt sevərlər qatılıb.

Tədbirdə çıxış edən Türkiye Cəfəriləri Lideri Selahattin Özgündüz qryd etmişdir ki, Türk xalqı Əhlibeyt (ə) sevgisinde birləşmiştir və bu ölkenin ayaqda durmasının iki səbebi var -  Biri Əhlibeyt sevgisi diğəri şəhitlerimizin qanıdır.

Çıxış edən digər natiqlər Xanım Zəhranın fəzilətlərindən və Türkiyə xalqının Əhlibeytə(ə) olan sevgisinə toxunmuşlar.

Tədbirdə Zeynebiye Gençlik Tiyatrosunun hazırladığı "Novruz" tamaşası təqdim olunub.

Programa Azərbaycandan qatılan Əhlibeyt məddahları Seyyid Taleh Boradigahi ve Seyyid Peyman Boradigahinın oxuduqları medhiyyələr sürəkli alqışlarla qarşılanıb.

Tədbirə Azərbaycandan qatılan şehit anası Nərgiz Əhmədovya ilin annesi mükafatı  təqdim edilib.

Qeyd edək ki,Nərgiz Əhmədovanın oğlu Fərid Əhmədov şəhadətindən sonra Azerbaycan Prezidenti tərəfindən "İgidliyə Görə" medalı ilə təltif olunub.

.



































Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Mart, 2017  11:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!