إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehranın İmam Cüməsi Ayətullah Kazim Siddiqi Gürcüstanda səfərdədir - Foto

İslam dünyasının tanınmış Azərbaycanlı alimi, Tehranın İmam Cümələrindən olan Ayətullah Kazim Siddiqi Tbilisi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin(GMİ) qonağıdır.

Ahlibeyt.az-a GMİ-dən verilən məlumata görə,bu ayın 20-nə dək davam edəcək səfər çərçivəsində (sabah) Marneuli şəhərində Hz. Fatimeyi Zəhranın (s.ə) mübarək təvəllüdü münasibəti ilə təşkil olunacaq mərasimdə və Tbilisidə “Sağlam ailə, sağlam cəmiyyət” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Eyni zamanda Gürcüstanda dini məkanları və məscidləri ziyarət edərək din xadimləri ilə görüşləri nəzərdə tutulub. Səfər çərçivəsində Gürcüstanın Patriarxı II İlya cənabları, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə yanaşı bir neçə dövlət rəsmiləri ilə görüşüləri planlaşdırılıb.

GMİ şeyxi və müftisi, Dini Məsələlər üzrə Dövlət Agentliyi, İran İslam Respublikasının səlahiyyətli və fövqəladə səfiri və nümayəndə heyəti ilə birgə Marneuli şəhərinə səfər ediblər.

Azərbaycanlı müsəlmanların kompakt yaşadığı şəhərdə İmam Əli (ə) və İmam Hüseyn (ə) adına məscidləri ziyarət etmiş, Əhli-beyt mədəni, maarif mərkəzi və İmam Rza (ə) adına dini elm mərkəzində din xadimləri və tələbələrlə görüş keçirdilər.

Günün ikinci yarısı isə Gürcüstan Patriarxlığının Marneuli nümayəndəliyində rayonun baş keşişnin və Marneuli rayon İcra hakimi və bələdiyyə sədrinin dəvəti ilə isə İcra hakimiyyətinin binasında məsihi din xadimləri və dövlət rəsmiləri ilə bir araya gəldilər.

Ayətullah Siddiqi kimi din aliminin ölkəyə səfərini yüksək qiymətləndirib, dinlərarası münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirdilər. Hər iki görüşün sonunda Gürcü Provaslav kilsəsi və İcra Hakimiyyəti tərəfindən ölkəmizdə qonaq olan hörmətli din aliminə hədiyyələr təqdim olundu.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Фото Ramin Igidov.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2017  15:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!