|
• DünyadaBaş Nazir - Britaniya Avropa Birliyinin qəbul etdiyi hicab qadağasını tətbiq etməyəcək"Biz bu mövzu ilə bağlı heçbir qanun layihəsi qəbul etməyəcəyik." Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə.bu barədə RİA agentliyi məlumat yayıb. Xəbərə əsasən, Böyük Britaniya hökuməti qadınlara iş yerində dini paltar və simvolikanın qadağan edilməsi haqda heç bir qanun layihəsi qəbul etmək niyyətində deyil. “Bizim ölkədə ifadə azadlığının sağlam şəkildə dəstəklənməsi adəti mövcuddur. Bütün qadınlar nə geyəcəklərinə dair seçim haqqına sahibdir. Biz bu mövzu ilə bağlı heçbir qanun layihəsi qəbul etməyəcəyik. Konkret bu məsələyə gəldikdə isə, mən anlayıram ki, söhbət ilk növbətə hicabdan gedir. Bəzən elə olur ki, hicabın olmaması daha yaxşı olardı, məsələn, sərhəd yoxlaması zamanı və ya məhkəmədə. Ayrı-ayrı institutlar nəyi qadağan edəcəklərinə dair özləri qərar verə bilərlər. Lakin bu, yəni kimin nə geyəcəyi hökumətin işi deyil. Biz ifadə azadlığı müdafiə etməyə davam edəcəyik.”, - deyə deyə Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkə parlamentində çıxış edən zaman bildirib. Qeyd edək ki,bir gün öncə Avropa İttidaqının Baş məhkəmə instansiyasının dərc etdiyi qətnamədə bildirilir: “Əgər şirkətin hər hansısa bir fəlsəfi və ya dini simvolikanın qadağan edilməsinə dair daxili qanunu varsa, o zaman qadağa bir-başa diskriminasiya sayılmır.”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2017 15:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |