إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rohinya müsəlmanları ölkədən birdəfəlik çıxarıla bilər

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası bazar ertəsi günü Myanmada ölkənin qərbindəki Raxin ştatında irqçi ayrı seçkiliyə məruz qalmış və əhalisi əsasən müsəlmanlar ibarət Rohingiya sakinləri (təxminən 1,1 milyon) haqda təhqiqat komissiyasının yaradılmasını tələb edib.

Ahlibeyt.az-ın islaminsesi-nə istinadən məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Myanmada İnsan Haqları üzrə xüsusi məruzəçisi Yanqhi Li (Yanghee Lee) Cenevrədəki ofisə ünvanladığı məktubunda xəbərdarlıq edib ki, yerli hökümət "Rohingiya əhalisini bütövlüklə ölkədən çıxarmağa çalışa bilər".

Li BMT-ni "sistemli, struktur və institusional ayrı-seçkiliyə" və "davamlı təqiblərə" məruz qoyulmuşRohingiyavə dövlət ərazisindəki digər azlıqlara qarşı son beş il ərzində həyata keçirilən ölümcül zorakılıqlar a qarşı təhqiqat aparmağa çağırıb.

Qeyd edək ki, sayları 50 milyon olan Myanma əhalisinin əksəriyyəti (70 faiz) buddizm dininə sitayiş edir. Ölkə əhalisinin bir neçə milyonunu dini azlıqlar hesab olunan müsəlmanlar təşkil edir. Myanmarda müsəlmanlara qarşı ilk rəsmi qadağa 1962-ci ildə qanuniləşib. Bu ildə müsəlmanların həccə getməyinə qadağa qoyulub. 1980-ci ildə bu qadağa götürülüb.

Ölkənin Arakan və Raxin əyaləti müsəlmanları sıx yaşadığı bölgələrdir. 2012-ci ildə bu iki əyalətdə həm bütpərəstlər və həm də hökmət qüvvələrinin törətdiyi qətliam və təcavüzlər nəticəsində 100 min müsəlman ev-eşiyindən didərgin düşüb və onlar hazırda Banqladeş sərhədlərində qaçqın düşərgələrinə sığınıb.

2012-ci ildə iğtişaşlar zamanı 100 mindən çox rohingiyalı müsəlman yerlərindən didərgin salınıb və onlar hələ də dövlətin paytaxtı olan Sittuenin yaxınlığındakı yoxsul düşərgələrdə yaşayır. Ötən ilin sonunda isə Myanma hökümətinin hərbi əməliyyatları nəticəsində təqribən 94 min nəfər məcburi köçkün düşüb ki, onların əksəriyyəti qonşu Banqladeşə qaçıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2017  13:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!