|
• DünyadaİƏT-in baş katibi: "Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir" İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə çağırıb.
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, baş katib İƏT-in Ciddədəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbirdə çıxış edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.
Əl-Useymin eyni zamanda, Ermənistanı dərhal işğal olunmuş Azərbaycan torpaqlarını azad etməyə çağırıb.
"Xocalı soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir", - baş katib deyib.
Baş katib İƏT ölkələrini, Ermənistanın Azərbaycan torpaqlarınının işğalına son qoyması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
İƏT-in Azərbaycandakı daimi nümayəndəsi Rasim Rzayev deyib ki, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın problemi deyil, bu, bütün İslam dünyasının problemidir.
"Bu, insanlığa qarşı cinayəti planlaşdıranlar və törədənlər hələ də qanun qarşısında cavab verməyib", - Rzayev deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2017 11:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |