إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həcc ziyarətinə gedən ilk Azərbaycan qrupunun səfər vaxtı açıqlandı

Hazırda Ölkəmizdən Həcc ziyarəti üçün sənəd verənlərin sayı 250-dir

Ahlibeyt.az-ın Report-a istinadən xəbər verir ki, bu haqda məlumatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev  bildirib.

Onun sözlərinə görə, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

Həmdulla Babayev  deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: "Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər".

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.

Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2017  11:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!