|
• DünyadaAmerikalı tədqiqatçıların Namazın faydaları barədə yeni kəşfləriMəqalənin müəllifləri iddia edirlər ki, insanların fiziki sağlamlıqları ictimai, iqtisadi, yaşam tərzi kimi amillərlə və dini inancları ilə sıx əlaqəlidir. Rükü və Səcdənin dizdə yaratdığı vəziyyət oynaqların elastiklik qabiliyyətini artırır, ümumilikdə isə insanın fiziki və psixi həyacanlarını azaldır, əsəb və əzələ gərginliklərini müalicə edir. Ahlibeyt.az-ın iqna-ia istinadən verdiyi xəbərə görə, Amerikada yeni bir tədqiqatın nəticələrinə əsasən Namazın fiziki hərəkətləri əgər doğru və düzgün yerinə yetirilərsə, insan bədəninin möhkəmlənməsində təsirli rola malik ola bilər. Namazın yeni faydaları barədə araşdırmanın nəticələri "Müsəlmanların Namaz qıldığı müddətdə bədən hərəkətlərinin öyrənilməsi" adlı məqalədə çap edilmişdir. Bu yeni araşdırmaya əsasən Namaz fiziki həyəcan və gərginliyi azaltmaqla yanaşı, həm də rüku zamanı diz və belin münasib bucaq formasını alması bel fəqərəsinin və bədən oynaqlarının möhkəmlənməsində təsirli müalicə roluna malik ola və hətta oynaq xəstəliklərinin qarşısını ala bilər. Amerikanın Pennsylvania əyalətinin Pen Steyt univeristetinin tədqiqatçıları tərəfindən aparılan bu araşdırmada deyilir: Namazdakı fiziki hərəkətlər bir cəhətdən Yoqadakı və ya fizioterapiya məşqlərindəki hərəkətlərə oxşayır ki, bel fəqərəsi ağrılarının müalicəsi üçün faydalıdır. "Müsəlmanların Namaz qıldığı müddətdə bədən hərəkətlərinin virtual insan modelindən istifadə edilərək öyrənilməsi" adlı bu məqalə deyilir ki, Asiya, Amerika və Hindistanlı qadın və kişilərin namaz qılarkən bədən modeli dicital olaraq hazırlanıb və Namazın fiziki hərəkətlərinin bel fəqərə sütünu və oynaqlara təsiri yoxlanılıb. Nəticələr göstərib ki, səcdənin dizdə yaratdığı vəziyyət oynaqların elastiklik qabiliyyətini artırır. Həmçinin Namaz ümumilikdə insanın fiziki və psixi həyacanlarını azaldır, əsəb və əzələ gərginliklərini müalicə edir. Məqalənin müəllifləri iddia edirlər ki, insanların fiziki sağlamlıqları ictimai, iqtisadi, yaşam tərzi kimi amillərlə və dini inancları ilə sıx əlaqəlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2017 16:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |