|
• DünyadaRusiya və Azərbaycan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklərRusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov bazar ertəsi danışıqlar aparacaqlar. Bu danışıqlarda, XİN rəhbərləri ikitərəfli gündəlik məsələləri, əsas regional və beynəlxalq problemləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov Sergey Lavrovun dəvəti ilə hazırda Moskvada rəsmi səfərdədir. "Rusiya artıq 20 ildən çoxdur ki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas vasitəçi kimi və ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir. Xalqlarımızın ümumi tarixi və coğrafi yaxınlığını nəzərə alaraq bu münaqişənin həlli bizim üçün birinci dərəcəli əhəmiyyətə malikdir", - Rusiya XİN-də deyiblər. Nazirlikdə qeyd ediblər ki, Rusiyanə və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qurulmuş strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Hazırda iki ölkə arasında 80-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb. "Ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. Rusiya-Azərbaycan ticarət dövriyyəsi 2016-ci ilin yekunlarına görə 1954,3 mln. dollar təşkil edib", - nazirlikdə qeyd ediblər. Nazirlikdən qeyd ediblər ki, regionlararası əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin mühüm tərkib hissələrindən biridir. "Qarşıdakı səfəri qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi, Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi kontekstində nəzərdən keçiririk", - nazirlikdə deyiblər. Qeyd edək ki,Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2017 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |