إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD liderindən son açıqlama - "Biz İraqda məğlub edildik"

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadini vida xütbəsi adı ilə çıxış edərək  bu təşkilatın İraqda məğlubiyyətə uğradığını etiraf edərək terrorçuların dağlara çəkilməsini istəyib.

Ahlibeyt.az-ın Shafaqna-ya istinadən məlumatına görə, bu barədə SumariaNews məlumat yayıb.

“Əl-Bağdadi qruplaşmanın iraqın Neynəva və digər bölgələrdəki başçılarına səs yazısı göndədərək tərəfdarlarının məğlubiyyəti qəbul etməsini açıqlayıb.

Mosul əməliyyatlarında böyük itkilər verildiyini və itkilərin daha çox olmamasını istəyən İŞİD lideri tərəfdarlarının dağlara çəkilərək güclərini birləşdirməsini bildirib.

Məlumata görə artıq bu nitqin təşkilatın nəzarətində olan bölgələrdə "Vida Xütbəsi" kimi dəyərləndirildiyi və terror qruplaşması arasında sürətlə yayıldığı bildirilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2017  14:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!