إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda Həzrət Fatimənin (ə) şəhadət günləri ilə bağlı mərasimlər keçirilir

Gürcüstanda İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı, dünya və axirət xanımlarının rəhbəri Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadət günü ilə bağlı anım mərasimləri keçirilir.

Ahlibeyt.az-ın Salamnews-un verdiyi məlumata görə, belə tədbirlərdən biri də Gürcüstan Müsəlman Qadınlar İcması tərəfindən təşkil edilib.

Tbilisidə yerləşən "Ali Əba" hüseyniyyəsində inanclı xanımların iştirakı ilə əza məclisi keçirilib. Tədbirdə bildirilib ki, Həzrət Fatimə (ə) öz fəziləti ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva edib. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir", "Fatimə (ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir", "Fatimə (ə) mənim qəlbimdir, ruhumdur".

Qeyd edək ki, mərasimlərin bir neçə rayon, kəndlərdə, həmçinin Tiflis Cümə məscidində keçirilməsi planlaşdırılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Fevral, 2017  11:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!