إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanadalı qadınlar İslamofobiyaya etiraz olaraq, 1 ay başlarını örtəcəklər - FOTO

Kanadada bir qrup qadın  İslamofobiyaya etiraz və  müsəlman qadınlara dəstək üçün bir ay hicab taxacaqlarını bəyan edib.

Ahlibeyt.az-ın FaktXeber.com-a istinadən verdiyi xəbərə görə,bu barədə "Radiosarajevo" məlumata yayıb.

Bildirilir ki, Kanadada 2014-cü ildən bu yana keçirilən  Dünya Hicab Günü (World Hijab Day) tədbiri  Alberta ştatının  Fort Mak Murrey şəhərində bu il fərqli maraq doğurub.


Tədbirin təşkilatçısı Kiran Malik Xan  artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib.

Kiran Malik Xan

"Hicab dinin simvolu olduğu üçün  onlara 30 gün boyunca yerinə yetirməli olduqları şərtləri də izah etdik. Baş örtüyünü niyə taxdığımız  və digər məsələləri anlatdıq. Onların hamısı şərtləri yerinə yetirəcəklərinə söz verdilər", - deyə o, bəyan edib.




Digər tərəfdən  Fort MakMurrey şəhərində  Dünya Hicab Günü çərçivəsində keçirilən aksiyada yüzlərlə qadın müsəlmanlara dəstək verib.


Bir çox xanımlara hicablar hədiyyə edilib.











Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2017  14:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!