إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya Ordusundan İŞİD-ə ağır zərbələr

Suriya Ordusunun İŞİD terrorçularına qarşı qələbələri davam edir

Hərbi mənbələrin verdiyi məlumata görə; Homsun şərqində irəliləyişini davam etdirən Suriya ordusu İŞİD-ə ağır zərbələr vurub.

Ahlibeyt.az-ın  İslamazeri.az-a istinadən məlumatına görə, "Sputnik"-ə açıqlama verən Suriya Ordusu komandirlərindən biri Suriya ordusunun tarixi Palmira şəhərini İŞİD terror təşkilatından azad etmək üçün irəliləyişini davam etdirdiyini və önümüzdəki bir iki gün içərisində Palmiranın terrorçulardan tamamilə azad ediləcəyini bildirib.

Bundan əlavə, Suriya ordusunun Homs yaxınlığında yerləşən Torfa Şərqiyyə və Torfa Ğarbiyyə bölgələrini terrorçuların işğalından azad etdikləri açıqlanıb.

Sana-nın Deyr əz-Zor müxbiri Suriya ordu hissələrinin müttəfiq qüvvələrlə əməkdaşlıq içində Deyr əz-Zor şəhərinin Huvayka qapısında İŞİD terror təşkilatına aid toplanma yerləri və avtomobillərinə qarşı məqsədyönlü əməliyyatlar keçirdiklərini deyib. Müxbir əməliyyatlarda çox sayda terrorçunun ölü və yaralı hala salınıb, ağır texnikalı silahlarla təchiz olunmuş 8 avtomobilin də yüklərilə birlikdə tamamilə məhv edildiyinə diqqət çəkib.

Həmçinin hərbi mənbə Suriya Hərbi Hava Qüvvələrinin İdlib şəhərinin təxminən 70 km cənubunda yerləşən Xan Şeyxun məntəqəsinə aid Təllavi Məzrasında terror təşkilatlarına aid bombalı avtomobillər və sursat ehtiva edən 2 anbarı tamamilə məhv etdiklərini bildirib.

Əsasən kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələri də dünən Raqqada İŞİD terror təşkilatını mühasirəyə almaq məqsədilə, ilk dəfə Deyr əz-Zorun şimal hissəsinə daxil olub və bölgədəki bir neçə kəndi terrorçulardan azad edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2017  14:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!