إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan nümatəndə heyəti Tehranda keçirilən Fələstinə Dəstək Konfransına qatılıb

Fevralın 21-də Tehranda “Hamı Birlikdə Fələstinə Dəstək!” şüarı ilə 6-cı Beynəlxalq Fələstin İntifadasına Dəstək Konfransı  keçirilir. Konfransda 60 ölkədən 700 yaxın nümayəndə iştirak edir. Konfransda İran Prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani də iştirak edirlər.

Ahlibeyt.az-ın apa-ya istinadən məlumatına görə, konfransın açılışında İranın ali lideri Ayətullah Xamenei, İran prezidenti Həsən Ruhani, parlamentin sədri Əli Laricani, məhkəmə hakimiyyətinin sədri ayətullah Sadiq Amuli Laricani, nazirlər, müxtəlif təşkilatların rəhbərləri və yüksək rütbəli hərbçilər iştirak edib.

Konfransın açılışında İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamneyi çıxış edib.

Ayətullah Xamneyi çıxışında dünya müsəlmanlarını birlik və vəhdətə dəvət edərək Fələstin münaqişəsinin ədalətli həllinin vacibliyini vurğulayıb.

Ayətullah Xamenei çıxışında bildirib ki, Fələstin müqavimət hərəkatı keçmişdən dərs almalıdır. Onun sözlərinə görə, müqavimət və Fələstin  məsələsi ərəb ölkələri arasındakı ixtilaflardan, ölkələrin daxili problemlərindən və ya dini-irqi qarşıdurmalardan daha üstündür:

“Bizim müqavimətlə bağlı mövqeyimiz prinsipialdır və heç bir qrupa aid deyil. Hər bir qrup bu yolda möhkəm olarsa, onunla bir olacağıq, yolunu azan qruplardan isə uzaqlaşacağıq. Bizim islami müqavimət qrupları ilə əlaqəmiz yalnız onların müqavimət prinsiplərinə bağlılığı ilə ölçülür”.

Azertac-ın verdiyi məlumata görə, Konfransda Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil edirlər.

Konfrans fevralın 22-dək davam edəcək.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2017  15:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!