|
• Mənəviyyat • HəccZəvvarların ziyarət xərcinin ödənməsi ilə bağlı yenilikBu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət xərcələrinin ödənişi ilə bağlı yeniliklər tətbiq olunur.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu il zəvvarlar əvvəlki illərdən fərqli olaraq, ödənişi bank vasitəsi ilə deyil, nağd formada Qafqaz MÜsəlmanları İdarəsinə (QMİ) edəcəklər.
Bundan başqa, zəvvarlara ödənişləri 1 may 2017-ci ilə qədər mərhələli formada ödəmək imkanı da yaradılır.
Qeyd edək ki, bu ilki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-dan başlayıb və QMİ-nin Həcc şöbəsində sənədlər qəbul olunur.
Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Əvvəlki illərdən fərqli olaraq, bu il ziyarət iki formada (VİP və nisbətən ucuz) yox, bir formada olacaq. Bir nəfərlik ziyarət paketinin qiyməti isə 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən ilki kvota isə 1040 nəfər olub, VİP ziyarət növünün xərci 4500 dollar, nisbətən ucuz ziyarətin xərci isə 3500 dollar olub.
Azərbaycanda Həcc sənəd qəbulunu yalnız QMİ aparır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2017 10:35 ⁄ Çap
Bu bölmədə29 İyul, 2020 Həcc ziyarətinə min zəvvar qatılıb - Video18 Fevral, 2020 Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib |
Xəbər lenti
25 Yanvar, 2021 15:37
25 Yanvar, 2021 14:04
25 Yanvar, 2021 12:47
25 Yanvar, 2021 12:20
25 Yanvar, 2021 10:15
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |