إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Həmas” İsrailin “azan qadağası” layihəsinə etiraz etdi

“Həmas” İsrail Parlamentindəki qanunvericilik komissiyasının(Knesset) azanın səsgücləndiricilərdən oxunmasının qadağan edilməsi ilə bağlı qanun layihəsini etirazla qarşıladı.

Ahlibeyt.az Azadlıq-a istinadla xəbər verir ki, “Həmas”ın sözçüsü Hazım Kasım tərəfindən yayılan yazılı açıqlamada, İsrailin azan yasağı layihəsini son olaraq təsdiqləməsi fələstinlilərə qarşı irqçi siyasətin davamı olaraq qiymətləndirildi. İsrailin bu addımının “Fələstin xalqına qarşı irqçi siyasətin dəlili” olduğu yazılan açıqlamada deyilir: “Bu qanun layihəsi İsrailin bütün insan hüquqları qanunlarına görə qəbul edilən dini simvolları əngəlləməklə, fələstinlilərin islami kimliyini hədəf alan siyasətini davam etdirdiyinin göstəricisidir.”

Qeyd edək ki, İsrail Parlamentində azan oxunmasının qadağan edilməsini nəzərdə tutan layihə üç fərqli iclasda görüşülərək səsverməyə çıxarılıb. Fələstinlilərin və islam aləminin böyük etirazına səbəb olan layihə daha əvvəllər də bir neçə dəfə gündəmə gəlmiş, ancaq qanunvericilik komissiyasında(Knesset) səsverməyə çıxarılmamışdı.

Bu dəfə isə qanunvericilik komissiyasından keçən layihə səsvermə mərhələsinə gəldi.

İsrailin Baş naziri Benyamin Netanyahu da “səs-küyə səbəb olaraq insanlara narahat verdiyi” iddiasıyla azanın qadağan edilməsini nəzərdə tutan qanunu dəstəkləmişdi.

Azanın 23.00 ilə 07.00 saatları arasında səsgücləndiricilərdən oxunmasının qadağan edilməsini nəzərdə tutan qanunda buna məhəl qoymayan məscidlərə 1200 dollara qədər cərimə cəzalarının kəsiləcəyi bildirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2017  14:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!