إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Mosulda 45 dinc sakini qətlə yetirdi - SƏBƏB

İŞİD terror təşkilatı silahlıları həftə ərzində 45 dinc sakini qətlə yetiriblər.

Ahlibeyt.az-ın islamazeri.az-a istinadən məlumatına görə,bu barədə "Times" xəbər yayıb.

Məlumata görə, qətlə yetirilənlər terrorçularla eyni cərgədə vuruşmaqdan imtina edərək Mosulun qərb hissəsini tərk etmək istəyənlər olublar.

Yanvar ayından ciddi məğlubiyyətlərə uğramış terrorçular, özləri üçün dinc sakinlərin arasında əlavə qüvvə axtarışına çıxıblar. Onlar dinc sakinləri terror təşkilatı sıralarında vuruşmağa məcbur edirlər.

“İŞİD gənc insanları zorla öz cərgələrinə cəlb etməyə çalışır. Bir çoxları terror təşkilatına qoşulmaqdan imtina edərək, qaçmağa cəhd ediblər.”, - dey yerli sakinlərdən biri bildirib.

Yerli sakinlərin sözlərinə görə, terrorçular bazar ertəsi günü Dəclə çayını keçərək şəhərin şərq hissəsinə qaçmaq istəyən 40 gənci güllələyərək öldürüblər. Daha 5 nəfər isə çərşənbə axşamı günü qaçmağa cəhd edən zaman öldürülüb. Öldürülənlərin cəsədləri isə xəbərdarlıq kimi ailələrinə geri qaytarıblar.

“Terrorçular bilirlər ki, onların sayılı günləri qalıb. Buna görə də onlar məğlub olmamışdan öncə bacardıqları qədər çox insan öldürmək istəyirlər.”, - deyə digər bir dinc sakin bildirib.

Qeyd edək ki, BMT humanitar agentliklərinin məlumatına əsasən, İŞİD-in tam nəzarəti altında olan Qərbi Mosulda təxminən 750-800 min dinc sakin qalmaqdadır.

Xatırladaq ki, şəhərin qərb hissəsi hələ də terrorçuları nəzarəti altındandır. Şərqi Mosul isə 2016-cı ilin oktyabr ayında İraq hərbçiləri və ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən başladılmış əməliyyat zamanı terrorçulardan tamamilə azad edilib. Azad edilmiş ərazilərə artıq təqribən 30 min insan geri dönüb. Əməliyyat nəticəsində evlərini tərk edənlərin sayının isə təxminən 190 min nəfər olduğu qeyd olunur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2017  11:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!