|
|
Azərbaycanda məscidlərin veb xəritəsi və məlumat bazası hazırlanıbGoMAP şirkəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün məscidlərin xəritəsini, o cümlədən məlumat bazasını hazırlayıb. Ahlibeyt.az-ın məlumatına görə, bununla bağlı QMİ-də təqdimat keçirilib. Qafqaz Müsəlmanlar İdarəsinin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqda məlumat verir. İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının www.qafqazislam.com “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur. Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar. Mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilərlər. Hazırda bu keçid Android və iOS əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub. GoMap.ax portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə Android, və iOS ilə yanaşı Windows əməliyyat sistemlərini də dəstəkləyəcək.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2017 11:54 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür |
Xəbər lenti
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |