|
• Mənəviyyat • MənəviyyatNə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?"Əyyubu yadına sal! O zaman Rəbbini çağırdı və dedi: «Çətinlik və bəlalar mənə üz gətirmişdir və sən mehribanların ən mehribanısan"(Ənbiya ayə 83) İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur». 2500 il öncə Həvran torpaqlarında Yusif peyğəmbərin nəvələrindən olan bir kişi yaşayırdı. O kişi pak fitrətli Əyyub idi. Allah-təala Əyyuba bol ne`mətlər əta etmişdi. Ona oğlan və qız övladlar vermişdi. O həzrətin əkin sahələri, inək, qoyun və keçi sürülərinin otladığı geniş otlaqları var idi. Bir gün mələklər onun yanına gəlib, peyğəmbər olması xəbərini çatdırdılar. Əyyub bu ne`mətlərə şükr edərək Allaha səcdə etdi. Kasıb və yoxsul insanlar uzaq yerlərdən Əyyubun evinə gəlir, özləri, övladları və ailələri üçün yemək və paltar götürüb, şad halda öz şəhərlərinə qayıdırdılar. İnsanlar Allahın peyğəmbəri Əyyubu sevirdilər. Çünki, o, heç kəsi ümidsiz etmir və heç kəsə də minnət qoymurdu. Şeytan Əyyuba həsəd apardı. O həzrət insanları hidayət etməyə çalışır və onların xeyrini istəyirdi. Amma, Şeytan onları fəsada və azğınlığa çəkirdi. Buna görə də camaata vəsvəsə edir və onlara : "Əyyub qorxur ki, Allah onun mallarını və əkin sahələrini ondan alar. Ona görə də ona ibadət edir. Əgər Əyyub yoxsullaşsa, daha Allaha ibadət və səcdə etməz". Camaat Şeytanın vəsvəsələrinə qulaq asır və ona inanırdılar. Onların Əyyub barəsində fikirləri dəyişildi: "Bəli, əgər o, Allaha ibədət edirsə, bu yalnız ona görədir ki, ona dəyərli ne`mətlər vermişdir. O, Allahın ne`mətləri ondan almasından qorxur. Ona görə də əgər Əyyuba hər hansı bir bəla və müsibət üz versə, Allaha ibadətdən əl çəkər. Əgər ildırım onun əkin sahələrini yandırsa, o nalə edib, ağlayacaqdır. Əgər Allah ne`mətlərini ondan alsa, daha Allaha səcdə etməyəcəkdir" - Şeytan beləcə Həvran camaatını çaşdırırdı. Allah-təala şeytanın yalanını aşkar etmək Əyyubun doğruluğunu, onun səbir, dözüm və imanını insanlara aydınlaşdırmaq, bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, iblisə icazə verdi. İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hərəkətini əlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis həzrəti Əyyubun(ə) qırmaq üçün hücumlarını şiddətləndirdi. Əyyubun bəla və müsibətləri o yerə çatdı ki, Həvran əhalisi o həzrəti şəhərdən qovdular. Onlar belə güman edirdilər ki, o, Allahın qəzəbinə düçar olmuşdur. Onlar, qəzəbin onları da tutmasından qorxurdular. Ətrafdakıların «axı nə günah etmisən ki, belə bəlaya düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. O, həzrət: "İlahi! Mən sənin qəza və qədərinə razıyam. Xeyir sənin əlindədir. Sən hər şeyə qadirsən. İlahi! Mənim dərdlərimin şəfası da sənin əlindədir. Xəstəliyim sənin əlindədir. Yalnız sən mənim sağlamlığımı qaytara bilərsən. İlahi! Şeytan məni əzab-əziyyətə salmışdır". Gözlənilmədən, o yer şəffaf və gözəl nurla işıqlandı. Fəzanı gözəl ətir bürüdü. Əyyub səmadan bir mələyin endiyini gördü. Mələk ona deyirdi: -Salam olsun Əyyuba! Allahın ən əziz bəndəsinə! Bəli, ey Allahın bəndəsi olan Əyyub! Allah sənə salam göndərir. O buyurur-Duan qəbul olundu. Qurani-Kərimdə bu barədə buyrulur: Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya / 83) Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya/ 84) Beləcə, «Əyyub səbri» zərbi-məsələ çevrildi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2017 14:12 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |